Böyük Britaniya hökuməti Endryu Mauntbatten-Vindzoru kral varisliyi xəttindən birdəfəlik çıxarmaq məqsədilə xüsusi qanunvericilik aktının qəbulunu planlaşdırır.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, onun monarx olmasının qarşısını tam alacaq bu həlledici addım hazırkı polis istintaqı yekunlaşdıqdan sonra gerçəkləşəcək. Xatırladaq ki, kralın qardaşı Ceffri Epşteynlə əlaqələrinə görə ötən ilin oktyabrında bütün titullarını itirsə də, hələ də taxt-tac iddiaçıları reytinqində səkkizinci pillədə qalmaqdadır. O, dövlət vəzifəsindən sui-istifadə şübhəsi ilə saxlanılıb və on bir saatlıq dindirmədən sonra sərbəst buraxılıb. Buna baxmayaraq, keçmiş şahzadə irəli sürülən bütün qanun pozuntusu iddialarını ardıcıl və qətiyyətli şəkildə inkar edir.