Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, fevralın 20-də ölkə ərazisində 72 yeni cinayət hadisəsinin, habelə keçmiş dövrlərdən bağlı qalan 5 faktın üstü açılıb.
Postxronika.az xəbər verir ki, müxtəlif əsaslarla axtarışda olan cəmi 126 nəfər, o cümlədən 100 borclu şəxs tutularaq aidiyyəti üzrə təhvil verilib. Gün ərzində narkotik vasitələrlə bağlı 39, qanunsuz silah-sursatın aşkarlanması istiqamətində isə 21 fakt qeydə alınıb.
​Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində qanunazidd əməllər törətməkdə şübhəli bilinən daha 63 nəfər saxlanılıb. Hazırda bütün faktlar üzrə zəruri istintaq və araşdırma tədbirləri davam etdirilir.