Fevralın 23-dən etibarən Sumqayıt-Laçın istiqamətində müntəzəm avtobus reyslərinin fəaliyyətə başlayacağı elan edilib.

Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. 

Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN, Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20 AZN müəyyən edilib.

Xocalı, Xankəndi və Şuşa şəhərlərindən də keçəcək reyslər üçün biletlər yalnız "biletim.az" portalı vasitəsilə onlayn qaydada satılır.

Qeyd edək ki, elektron platformadan bilet alan vətəndaşlara işğaldan azad olunmuş ərazilərə giriş icazəsi avtomatik şəkildə verilir.