İran ABŞ-nin raket proqramına dair təqdim etdiyi yeni təklifi nəzərdən keçirməkdən imtina edib.
Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, xarici işlər naziri Abbas Əraqçı Oman vasitəçiləri tərəfindən gətirilən və Vaşinqtonun şərtlərini əks etdirən zərfi açmağa belə lüzum görməyib.
Cenevrədə keçirilən görüşlərin çıxılmaz vəziyyətə düşdüyü və tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığı bildirilir.
ABŞ rəsmisinin sözlərinə görə, Tehran yaxın günlərdə qarşı tərəfə öz şərtlərini ehtiva edən yazılı sənəd göndərməyi planlaşdırır.
Mövcud gərginlik fonunda Fars körfəzi ölkələrinin ABŞ və İran arasında baş verə biləcək mümkün hərbi qarşıdurmaya hazırlıq gördüyü qeyd olunur.