Avstriyalı rejissor Adrian Goigingerin çəkdiyi film ''Berlin Beynəlxalq Film Festivalının'' ''Berlinale Panorama'' bölməsində ilin ən yaxşı Avropa filmi seçilərək Europa Cinemas Label mükafatına layiq görülüb. 

Postxronika.az xəbər verir ki, Həqiqi hadisələrdən ilhamlanan ekran əsəri faciə ilə üzləşən bir qadının psixoloji sarsıntıdan sonra həyatla münasibətini yenidən qurmaq cəhdini təsvir edir. Münsiflər filmi dərin emosional təsiri və itki mövzusunu ümid hissi ilə tarazlaşdıran yanaşmasına görə yüksək qiymətləndiriblər. Layihə Avropa kino məkanında geniş tanıtım dəstəyi əldə edəcək.

Film Barbara Pachl-Eberhartın avtobioqrafik romanı əsasında çəkilib və baş rolda Valerie Pachner (A Hidden Life) çıxış edir. Süjetdə qəhrəman həyat yoldaşı Heli ilə xoşbəxt yaşayarkən, onun və övladlarının avtomobil qəzasında həlak olması ilə sarsılır; Heli obrazını Robert Stadlober canlandırır. Bu hadisə qadının yumora, ümidə və insanlığa baxışını ciddi sınaq qarşısında qoyur. Münsiflər heyəti filmin kədəri gizlətmədən tamaşaçıya güclü emosional təsir bağışladığını vurğulayıb.

Ekran əsəri Avropada minlərlə kinozal şəbəkəsini birləşdirən ''Europa Cinemas'' tərəfindən dəstəklənəcək; qurum ''MEDIA program'' və ''Fransanın Milli Kino Mərkəzi'' — CNC tərəfindən maliyyələşdirilir. Layihə ''Giganten Film Productions'' və ''2010 Entertainment'' tərəfindən istehsal olunub. Beynəlxalq satış hüquqları ''Beta Cinema'' tərəfindən idarə edilir. Film Avropa kinosunun beynəlxalq auditoriyaya təqdimatında mühüm mərhələ kimi qiymətləndirilir.