"Bornmut"un argentinalı mərkəz müdafiəçisi Markos Senesi uğrunda Avropa klubları arasında rəqabət getdikcə qızışır. 

Postxronika.az xəbər verir ki, İngiltərə təmsilçisi ilə müqaviləni yeniləməkdən imtina edən və komandadan ayrılmaq qərarı verən futbolçunun xidmətində "Yuventus" və "Barselona" ilə yanaşı, "Roma" və Dortmund "Borussiya"sı da yaxından maraqlanır.

İtaliya və Almaniya təmsilçiləri Çempionlar Liqası üçün heyətlərini büdcəyə uyğun şəkildə gücləndirməyi hədəfləyir, Turin klubu isə onu yaşlı müdafiəçilərinin əvəzləyicisi kimi görür.

Tanınmış insayder Nikolo Şiranın "X" platformasındakı məlumatına əsasən, cənubi amerikalı idmançının menecerləri artıq bu komandaların nümayəndələri ilə ilkin görüşlər keçiriblər.

"Transfermarkt" portalının dəyərləndirməsinə görə, cari mövsümdə 27 matçda dörd məhsuldar ötürmə ilə yadda qalan arxa xətt oyunçusunun transfer qiyməti 22 milyon avro təşkil edir.