Planlaşdırılan davam filminin rejissor kreslosu boş qalıb. Layihəni həm yazmalı, həm də çəkməli olan Adam Wingard ötən yay ''Paramount Pictures'' ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıb. Hazırda studiya yeni rejissor axtarışındadır və müxtəlif kino yaradıcıları layihə ilə bağlı öz baxışlarını təqdim edirlər. Film 1990-cı illərin kult aksiyon hekayəsinin davamı kimi hazırlanır.
Postxronika.az xəbər verir ki, orijinal ekran əsəri John Travolta və Nicolas Cagein canlandırdığı FBI agenti ilə terrorçunun eksperimental prosedur nəticəsində üzlərini və kimliklərini dəyişməsi ətrafında qurulmuşdu.
Filmin rejissoru John Woo idi. 1997-ci ildə təqdim olunan layihə qlobal kassada 240 milyon dollardan çox gəlir əldə etmiş və səs effektlərinə görə “Oscar” nominasiyası qazanmışdı.
Studiya illərdir hekayəni yenidən böyük ekrana qaytarmaq planı üzərində işləyir.
Rejissorun növbəti işi ''Onslaught'' adlı triller olacaq və film ''A24'' tərəfindən təqdim ediləcək.
Daha əvvəl o, uğurlu blokbaster layihələri ilə də diqqət çəkmişdi. 2024-cü ildə verdiyi müsahibədə Wingard davam filminin ssenarisini “əsl davam hekayəsi” kimi dəyərləndirmişdi.
Buna baxmayaraq, hazırkı mərhələdə layihənin yaradıcı heyəti yenidən formalaşdırılır.