Gürcüstan rəhbərliyi Azərbaycan mənşəli neft məhsullarının öz ərazisindən Ermənistana daşınması üçün simvolik qiymət tətbiq edib.

Postxronika.az xəbər verir ki, İki ölkənin müvafiq nazirləri Mariam Kvrivişvili və David Xudatyan arasında İrəvanda baş tutan görüşdə əsas müzakirə mövzusu məhz təyin olunan yeni tariflər olub.

Erməni rəsmi qonşu dövlətin bu güzəştli addımına görə həmkarına minnətdarlığını bildirib.

Xatırladaq ki, Tbilisi 2025-ci ilin dekabrında yanacağın bölgəyə birdəfəlik ödənişsiz keçidinə şərait yaratmışdı. Lakin sonrakı yüklərin standart rüsumla aparılması qarşı tərəfdə ciddi narazılıq doğurmuşdu.