Ukraynalı sol cinah müdafiəçisi Oleksandr Zinçenkonun Niderlandın "Ayaks" komandası ilə icarə müqaviləsini uzatma ehtimalı yüksəkdir. Fevralın əvvəlində Amsterdam təmsilçisi ilə 2026-cı ilin iyununa qədər sözləşmə imzalayan futbolçunun, ona göstərilən etimadı doğrultmaq niyyətində olduğu bildirilir.
Postxronika.az xəbər verir ki, "Soccernews.nl" nəşrinin yaydığı məlumata görə, yeni razılaşma baş tutacağı təqdirdə oyunçu məvacibinin əhəmiyyətli dərəcədə azaldılmasına razılaşmalıdır. Qeyd edək ki, cari mövsümdə meydana çıxdığı 12 qarşılaşmada fərqlənə bilməyən ukraynalı oyunçu, əsas heyətdə başladığı ilk matçda dizindən zədələnərək uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı.