Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib.

Postxronika.az AYNA-nın məlumatına əsasən xəbər verir ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib. 

Bildirilir ki, marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçirilir.