"Mançester Yunayted" rəhbərliyi "Nyukasl"ın aparıcı futbolçuları olan Sandro Tonali və Entoni Qordonu transfer etməyi planlaşdırır. Mətbuatda yayılan məlumatlara görə, ingilis hücumçunun keçidi "qırmızı şeytanlar"a 109, italiyalı yarımmüdafiəçinin transferi isə 91,5 milyon avroya başa gələ bilər.
Postxronika.az xəbər verir ki, "sağsağanlar" yaxınlaşan yay pəncərəsində bu əsas oyunçularını itirməmək üçün bütün mümkün vasitələrə əl atacaqlar ki, bu da ehtimal olunan danışıqları xeyli çətinləşdirəcək. Qeyd edək ki, cari mövsümdə Tonali çıxış etdiyi 41 matçda 2 qol və 5 asstlə yadda qalıb. Komanda yoldaşı Qordon isə meydanda olduğu 37 qarşılaşmada rəqib qapılarından 14 top keçirib və 5 məhsuldar ötürmə ilə fərqlənib.