Kriştiano Ronaldo Səudiyyə Ərəbistan klubundakı gələcəyi ilə bağlı şübhələrdən sonra "Əl-Nasser"də xoşbəxt olduğunu bildirib.
Postxronika.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanının "Thmanyah" telekanalına müsahibə verib:
"Dəfələrlə dediyim kimi, mən Səudiyyə Ərəbistanına məxsusam. Bura məni, ailəmi və dostlarımı çox yaxşı qarşılayan bir ölkədir. Burada xoşbəxtəm, burada davam etmək istəyirəm".