Rejissor İlker Çatakın ''Yellow Letters'' filmi 76-cı Berlin Film Festivalında ən yüksək mükafat, ''Qızıl Ayı'' ilə təltif olunub. 

Postxronika.az xəbər verir ki, Münsiflər heyətinin sədri Wim Wenders filmi totalitarizmin siyasi dili ilə kinonun empatik dili arasındakı qarşıdurmanı təsvir edən güclü ekran əsəri kimi qiymətləndirib.

Süjet siyasi təzyiqlər səbəbindən işlərini itirən iki türk teatr sənətçisinin həyatından bəhs edir. Hadisələr Ankara və İstanbulda cərəyan etsə də, film Almaniyada çəkilib. Çatak bu mükafatı qazanan son alman rejissor Fatih Akından sonra ilk yerli qalib olub.

festivalda digər əsas mükafatlar da sahiblərini tapıb. Ən yaxşı aktrisa mükafatı Sandra Hüllerə Rose filmindəki roluna görə verilib.

Ən yaxşı ikinci plan performansına görə Anna Calder-Marshall və Tom Courtenay Queen at Sea filmində yaşlı cütlüyü canlandırdıqları üçün mükafatlandırılıblar. Həmin film həm də münsiflərin xüsusi mükafatını qazanıb.

Mərasim zamanı bir sıra kino xadimləri səhnədən siyasi mövzulara toxunaraq beynəlxalq hadisələrlə bağlı mövqelərini də ifadə ediblər.

Bununla da builki festival yalnız kino uğurları ilə deyil, siyasi mesajlarla da diqqət çəkib.