"Barselona"nın prezidenti Joan Laporta La Liqanın 25-ci turunda "Real"ın "Osasuna"ya 2:1 hesablı məğlubiyyəti ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. Paytaxt təmsilçisinin baş məşqçisi Alvaro Arbeloanın buraxılan ikinci qolun oyundan kənar vəziyyət olması ilə bağlı şübhələrinə baxmayaraq, kataloniyalı funksioner hər iki qolun təmiz olduğunu və şikayət üçün heç bir əsas görmədiyini vurğulayıb.
Postxronika.az xəbər verir ki, klub rəhbəri qarşıdan gələn "Levante" ilə matçın da asan keçməyəcəyini və hədəfə çatmaq üçün əllərindən gələni edəcəklərini deyib. Qeyd edək ki, hazırda İspaniya çempionatında 60 xalla "Real" liderlik etsə də, aktivində 58 xalı olan "Blauqrana" növbəti görüşdə qələbə qazanacağı təqdirdə birinci pilləyə yüksələcək.