Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi və enerji infrastrukturu obyektlərinə uzaqmənzilli dəqiq silahlarla genişmiqyaslı hücum təşkil edib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu addım rəsmi Moskva tərəfindən mülki obyektlərə edilən hücumlara cavab olaraq atılıb.
Müdafiə Nazirliyinin məlumatına əsasən, son sutka ərzində hava hücumundan müdafiə qüvvələri tərəfindən 7 HIMARS raketi, 5 idarə olunan aviabomba və 326 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində təyin olunmuş bütün hədəflərin, o cümlədən PUA-lar üçün nəzərdə tutulmuş logistika mərkəzi və saxlama anbarlarının məhv edildiyi vurğulanır.
Həmçinin, 144 fərqli istiqamətdə xarici muzdluların və "Azov" xüsusi təyinatlı briqadasının müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirildiyi, rus qoşunlarının daha əlverişli mövqelərə sahib olduğu bildirilir.