İspaniya La Liqasının 25-ci turunda "Real" üzərində 2:1 hesablı qələbədən sonra stadionda yaranan iğtişaşlarla bağlı "Osasuna" rəsmi bəyanat yayıb. 

Postxronika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pamplona təmsilçisi matçdan sonra baş verən arzuolunmaz hadisələrin səbəblərini öyrənmək üçün daxili araşdırmaya başlayacaq.

Məlumata görə, fanatlardan birinin rəqib qapıçı Tibo Kurtuaya şüşə atması və meydana müxtəlif əşyalar fırladan şəxslərin saxlanılması zamanı hüquq-mühafizə orqanları güc tətbiq etmək məcburiyyətində qalıb.

Açıqlamada yekun fitinin ardınca yaranan panika və xaosun azarkeşlərin qələbə sevincinə mənfi təsir göstərməsinə görə dərin təəssüf hissi keçirildiyi vurğulanıb.