Hazırda Fransanın "Lion" klubunda icarə əsasında forma geyinən "Real"ın hücumçusu Endrik gələcək hədəflərini açıqlayıb. Gənc istedad Vinisius Junior və Kilian Mbappe ilə birlikdə Çempionlar Liqasının qalibi olmaq arzusunda olduğunu etiraf edib.
Postxronika.az xəbər verir ki, braziliyalı oyunçu komanda yoldaşlarının ona Liqa 1-in rəqabətli çempionat olduğunu söylədiklərini və məhz onların məsləhəti ilə bu keçidin reallaşdığını vurğulayıb. Qeyd edək ki, yeni çempionata sürətlə uyğunlaşaraq yanvar ayının ən yaxşı futbolçusu seçilən forvard meydana çıxdığı altı matçda beş dəfə fərqlənib və bir məhsuldar ötürmə verib. Hazırda nüfuzlu "Transfermarkt" portalı istedadlı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.