ABŞ Ədliyyə Nazirliyinin açıqladığı elektron yazışmalara əsasən, London polisi 2010-cu ildə Nyu-Yorkda Ceffri Epşteynin evində keçirilən şam yeməyi zamanı Şahzadə Endryunun təhlükəsizliyini təmin edib. O dövrdə kral ailəsinin yüksək rütbəli nümayəndəsi olan hersoqun mühafizəçiləri xüsusi buraxılış kodları ilə təchiz olunaraq iqamətgahda yerləşdiriliblər.
Postxronika.az xəbər verir ki, Böyük Britaniyanın hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərində hələlik heç bir qanun pozuntusu aşkar etməsə də, müvafiq araşdırmalar davam edir.
Hökumət rəsmilərinin sözlərinə görə, aidiyyəti komitələr yalnız rəsmi səfərləri tənzimlədiyi üçün bu cür şəxsi səyahətlərə nəzarət həyata keçirmir.
Qeyd edək ki, dövlət vəzifəsində qanun pozuntusuna yol verməkdə şübhəli bilinərək ötən həftə saxlanılan Endryu 11 saatlıq dindirmədən sonra sərbəst buraxılıb.
Hazırda onun Vindzordakı malikanəsində əməliyyat-axtarış tədbirləri icra olunur.