İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 26-da Cenevrədə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla ilə görüşə biləcəyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, tərəflər hazırda ABŞ-nin İranın nüvə proqramı ilə bağlı təkliflərinə cavab hazırlanması üzərində işləyirlər. Əraqçi CBS telekanalına müsahibəsində qeyd edib ki, hazırda hər iki tərəfin maraqlarını və narahatlıqlarını təmin edəcək elementlərin sənədə daxil edilməsi üçün səylər göstərilir. Nazirin sözlərinə görə, gələn cümə axşamı Cenevrədə baş tutacaq görüş zamanı həmin detalları yekunlaşdırmaq və sürətli razılaşma üçün yaxşı bir mətn hazırlamaq mümkündür. O, bu vaxt çərçivəsində tərəflərin sürətli sövdələşməyə nail olmasını tamamilə real hesab etdiyini xüsusi vurğulayıb.