Londonda keçirilən mükafat mərasimində Donna Langley Britaniya Akademiyasının ən yüksək fəxri mükafatı olan ''BAFTA Fellowship'' ilə təltif edilib. NBC Universal rəhbəri olan Langley çıxışında kinonun insanları bir araya gətirən gücünü vurğulayıb və “ləyaqətin bir supergüc olduğunu” bildirib. O, hekayə danışanların cəmiyyəti daha yaxşı anlamağa və bir-birini daha aydın görməyə kömək etdiyini deyib. Langley fərqliliklərin zəiflik deyil, üstünlük kimi qəbul edilməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, sənayenin gələcəyi yaradıcı risklərdən və yeni istedadlara dəstək verməkdən asılıdır.

Postxronika.az xəbər verir ki, mükafatı təqdim edən Prins Uilliam Langleyin inklüzivlik və mentorluğa sadiqliyini xüsusi vurğulayıb. Tədbirdə nümayiş olunan videoçarxda Stiven Spielberq, Kristofer Nolan, Emma Tampsn və Tom Kruz onun kino sənayesinə təsirini yüksək qiymətləndiriblər. Akademiya Langleyin yaradıcı layihələrə dəstək verərək mədəni təsir göstərən filmlərin ərsəyə gəlməsində mühüm rol oynadığını bildirib. Bu siyahıya Oppenheimer də daxil olmaqla bir sıra uğurlu layihələr daxildir. Qeyd olunub ki, o, həm böyük kommersiya franşizalarının inkişafına, həm də yeni müəllif səslərinin irəli çıxmasına töhfə verib. Akademiya Langleyin uzun illər Britaniya kinosuna göstərdiyi davamlı dəstəyi də xüsusi vurğulayıb.