Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkəsinin pilotsuz sistemlər istehsalında aparıcı dövlətə çevrildiyini bildirib.
Postxronika.az xəbər verir ki, siyasətçi bu barədə hərbçilərlə görüşü zamanı danışıb. Onun sözlərinə görə, əvvəllər bu istiqamət Rusiyanın müdafiə qabiliyyətinin güclü tərəfi hesab edilməsə də, artıq vəziyyət tamamilə dəyişib.
Medvedev qeyd edib ki, hərbi əməliyyatların başlanğıcında pilotsuz uçuş aparatları (PUA) sektoru barədə heç bir müzakirə aparılmırdı. Lakin ilkin olaraq öz şəxsi vəsaitlərini xərcləyən həvəskarlar sayəsində bu sənaye demək olar ki, sıfırdan yaradılıb. Daha sonra Müdafiə Nazirliyi də prosesə qoşularaq sözügedən sahənin inkişafına təkan verib.