"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirməklə mütləq rekorda imza atıb. Qırx yaşlı futbolçu çempionatın 27-ci turunda "Brentford"la qarşılaşmada start heyətində yer alaraq bu turnirdə 654-cü matçına çıxıb.

Postxronika.az xəbər verir ki, təcrübəli oyunçu tarixi uğurunu qələbəyə olan həvəsi və susuzluğu ilə əlaqələndirib. O, əsas məqsədinin gənc komanda yoldaşlarının inkişafına töhfə vermək, onların ən yüksək səviyyəyə çatmasına yaxından kömək etmək olduğunu bildirib. Yarımmüdafiəçi hələ də meydanda faydalı olmaqdan xoşbəxtlik duyduğunu və güclü kollektivin bir parçası olmaqdan qürurlandığını vurğulayıb. Gələcək karyerası barədə danışan veteran futbolçu idmanda vəziyyətin tez dəyişdiyini qeyd edərək irəliləməyə davam edəcəyini söyləyib.