Keçmişdə "Monako", "Real", "Kristal Pelas", "Arsenal" və "Mançester Siti" kimi klubların formasını geyinmiş hücumçu Emmanuel Adebayor İngiltərə Premyer Liqasında cari mövsümün qalibi ilə bağlı proqnoz verib.

Postxronika.az xəbər verir ki, veteran futbolçu X sosial şəbəkəsindəki paylaşımında çempionluq şanslarını dəyərləndirib.

"The Touchline" nəşrinin istinad etdiyi açıqlamada o, həm London, həm də Mançester təmsilçilərinin qarşıdakı oyun cədvəlini təhlil etdiyini və yekunda Pep Qvardiolanın yetirmələrinin qızıl medallara sahib çıxacağına inandığını bildirib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə rəhbərlik edən "Arsenal" bir matç çox keçirməklə "şəhərlilər"i dörd xal qabaqlayır. Ötən mövsümün çempionu isə "Liverpul" komandasıdır.