Donald Tramp gömrük rüsumlarından indiyədək olduğundan qat-qat güclü və sərt şəkildə istifadə edə biləcəyini bəyan edib.

Postxronika.az xəbər verir ki, ABŞ prezidenti "Truth" sosial şəbəkəsindəki paylaşımında genişmiqyaslı tarifləri məhdudlaşdıran qərarına görə Ali Məhkəməni kəskin tənqid edərək hakimləri səriştəsiz adlandırıb.

Siyasətçi iddia edir ki, məhkəmə instansiyası verdiyi bu qərarla təsadüfən və bilmədən onun iqtisadi təsir rıçaqlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, artıq onilliklər boyu Birləşmiş Ştatları aldadan xarici ölkələrə qarşı lisenziyalar vasitəsilə daha kəskin tədbirlər görmək hüququ qazanıb.

Lakin ölkə lideri sözügedən sənədlərə əsasən xarici dövlətlərdən rüsum alınmasının qadağan olunmasını qətiyyən anlaşılan və məntiqli hesab etmir.

Buna baxmayaraq, dövlət başçısı təsdiqlənmiş digər vergilərin gələcəkdə tam qanuni əsaslarla və əvvəlkindən daha böyük miqyasda tətbiq ediləcəyini vurğulayıb.