İtaliyanın Verona şəhərində yerləşən tarixi "Arena di Verona" amfiteatrında 2026-cı il Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi baş tutub. Bununla yanaşı, geridə qalan gün dünya idmanında daha bir neçə mühüm hadisə ilə yadda qalıb.

Postxronika.az xəbər verir ki, "Los-Anceles Leykers"in ulduz basketbolçusu Lebron Ceyms NBA tarixində karyerası ərzində 43 min xal həddinə çatan ilk oyunçu kimi möhtəşəm rekorda imza atıb. Eyni zamanda, İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan prinsipial London derbisində "Arsenal" klubu "Tottenhem" üzərində vacib qələbə qazanıb.