Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 23-də ölkə ərazisində 53-ü yeni, 7-si isə keçmiş dövrlərdən qalan cəmi 60 cinayət hadisəsinin üstü açılıb.

Postxronika.az xəbər verir ki, əməliyyatlar zamanı axtarışda olan 141 nəfər (110-u borclu şəxs) saxlanılıb, narkotiklərlə bağlı 22, silah-sursatla əlaqədar 16 fakt müəyyən edilib və cinayət törətməkdə şübhəli bilinən 57 nəfər tutulub.