İngiltərə millisinin və "Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager hazırda "Arsenal"ın şərəfini qoruyan isveçli hücumçu Viktor Qyökeresin oyun səviyyəsini şərh etdi.

Postxronika.az xəbər verir ki, veteran futbolçu bu barədə "The Touchline" nəşrinə açıqlamasında danışıb. O, skandinaviyalı forvardı dünya səviyyəli və ya London təmsilçisi üçün gələcək beş ildə ideal seçim hesab etməsə də, onun əzmkarlığını və mentalitetini yüksək qiymətləndirdi. Karragerin sözlərinə görə, tərəddüd etmədən qol fürsətlərini dəyərləndirən idmançının davranışında və özünəinamında məşhur Alan Şirerdən bəzi cizgilər var. Qeyd edək ki, cari mövsümdə rəqib qapılarından on beş top keçirən və iki məhsuldar ötürmə ilə yadda qalan Qyökeres "topçular"ın ən faydalı üzvü sayılır.