23 fevral tarixində kişilər arasında Dinamik Piramida üzrə Ölkə Çempionatının möhtəşəm final qarşılaşması baş tutub. Yüksək rəqabət, peşəkar oyun səviyyəsi və gərgin mübarizə ilə yadda qalan turnir idmansevərlərə unudulmaz anlar yaşadıb.

Postxronika.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi məlumat verib.

Final mərhələsində iştirak edən idmançılar öz ustalıqları, taktiki düşüncələri və dəqiq zərbələri ilə seçiliblər. Qarşılaşmaların hər biri böyük maraqla izlənildi və tribunada toplaşan azarkeşlərin alqışları ilə müşayiət olunub.

Çempionatın nəticələrinə əsasən  1-ci yerin qalibi Əmrahov Ceyhun, 2-ci yerin qalibi Məmmədov Vasif, 3-cü yerlərin qalibləri isə Abbasəliyev Cahangir və Süleymanov Rufin olublar.

Qaliblər diplom və medallarla təltif olunaraq ölkə çempionu adına layiq görülüblər.

Dinamik Piramida üzrə keçirilən bu ölkə çempionatı bir daha göstərib ki, Azərbaycan bilyard idmanı sürətlə inkişaf edir və yeni istedadlar formalaşmaqdadır.

Turnirin yüksək səviyyədə təşkili və idmançıların nümayiş etdirdiyi peşəkarlıq gələcək beynəlxalq yarışlar üçün də böyük ümidlər yaradır.