''BAFTA'' Film Mükafatlarında baş verən qalmaqal böyüməkdə davam edir. Tədbir zamanı ''Tourette'' sindromlu kampaniyaçı Con Devidson səhnədə olan aktyorlar Maykl B. Cordan Delroy Lindo çıxış edərkən qeyri-iradi reaksiya ilə təhqiramiz söz səsləndirib. Devidson sonradan açıqlamasında bunun nəzarətsiz və məna daşımayan nevroloji simptom olduğunu bildirib. Mərasim zamanı aparıcı Elın Kamminq dəfələrlə ''Tourette'' sindromunun iradi olmayan davranışlarla müşayiət olunduğunu xatırladıb. Buna baxmayaraq, hadisə ictimai müzakirələrə səbəb olub və təşkilatın reaksiyası tənqid edilib. Həmçinin BBC yayıma gedən gecikməyə baxmayaraq sözü montajdan çıxarmadığı üçün üzr istəyib.


Postxronika.az xəbər verir ki, müstəqil prodüser və rejissor Conte Riçardson hadisəyə etiraz olaraq ''BAFTA'' münsifliyindən istefa verib. O, təşkilatın qaradərili qonaqların və yaradıcıların ləyaqətini qorumaqda yetərli addım atmadığını bildirib. Riçardson açıqlamasında bu vəziyyətin həm qaradərili, həm də əlilliyi olan icmalara zərər vurduğunu vurğulayıb. ''BAFTA'' isə rəsmi bəyanatında inklüzivliyə sadiq qaldığını və mərasimdən əvvəl iştirakçılara mümkün tiklər barədə xəbərdarlıq edildiyini qeyd edib. Təşkilat həmçinin Devidsonun öz istəyi ilə zalı tərk edərək mərasimi kənardan izlədiyini bildirib. Qalmaqal fonunda Davidsonun həyatından bəhs edən ''I Swear'' filmi və mükafat mövsümünün sevilən layihələrindən biri sayılan ''Just Act Normal'' da yenidən gündəmə gəlib. Hadisə mükafat mərasimlərində inklüzivlik və məsuliyyət məsələləri ilə bağlı müzakirələri daha da gücləndirib.