Böyük Britaniyanın Baş naziri Keir Starmerin rəsmi sözçüsü Londondan Kiyevə nüvə silahı veriləcəyi ilə bağlı yayılan iddiaları təkzib edib.
Postxronika.az xəbər verir ki, rəsmi Dauninq-strit bu cür məlumatların tamamilə yalan olduğunu və həqiqəti əks etdirmədiyini bildirib. Sözçü vurğulayıb ki, Britaniya nüvə silahlarının yayılmaması haqqında beynəlxalq öhdəliklərinə sadiqdir və Ukraynaya dəstək yalnız konvensional hərbi yardımlar çərçivəsində davam etdirilir. Londonun bu məsələdə mövqeyinin dəyişməz qaldığı və bu tipli şayiələrin regiondakı gərginliyi süni şəkildə artırmağa xidmət etdiyi qeyd olunub.