Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi təmir olunur.  Məqsəd vətəndaşların rahat hərəkətinin təmin edilməsidir.

AAYDA-dan Postxronika.az-a verilən məlumata görə, növbəti bu cür ərazi Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsidir.

Hazırda təmir olunan hissə 900 metr uzunluğa və 7300 kv.metr sahəyə malikdir. Ərazidə frezlənmə işləri icra olunub, 1500 p/metr səki daşı yenilənib.

Yeni asfalt örtüyün döşənməsi isə tamamlanmaq üzrədir. 

Qeyd edilib ki, təmirə ehtiyacı olan küçələr mərhələli şəkildə bərpa ediləcək.