ABŞ Prezidenti Donald Tramp Konqresdəki "Birliyin Vəziyyəti" müraciətində vəzifəsinin ilk ilini müvəffəqiyyətli adlandıraraq ölkəni yenidən qurduğunu bəyan edib. Buna baxmayaraq, noyabrda keçiriləcək ara seçkilər ərəfəsində dövlət başçısının reytinqinin aşağı olması və siyasi rəqiblərinin kəskin narazılığı vəziyyətin heç də birmənalı olmadığını göstərir.
Postxronika.az xəbər verir ki, təqribən iki saat davam edən iclas gərgin anlarla, xüsusən də bəzi qanunvericilərin etiraz plakatları qaldırması və zalı tərk etməsi ilə yadda qalıb. Respublikaçı lider nitqində komandasının nailiyyətlərindən danışsa da, demokratlar onu cəmiyyətə yanlış məlumatlar aşılamaqda günahlandırıblar. Çıxışa verilən rəsmi cavabda isə Ağ Ev rəhbərinin xüsusilə miqrasiya və tarif siyasəti sərt tənqid hədəfinə çevrilib.