Norveçin "Bodo-Qlimt" klubunun rusiyalı qapıçısı Nikita Xaykin 2025/2026 mövsümündə Çempionlar Liqasındakı inamlı çıxışları və nəhəng rəqiblər üzərindəki qələbələri barədə fikirlərini bölüşüb. Qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ardıcıl olaraq "Mançester Siti" ilə "Atletiko"nu, pley-offda isə iki dəfə "İnter"i üstələyən Skandinaviya təmsilçisi əsl sensasiyaya imza atıb.

Postxronika.az xəbər verir ki, "Okko Sport" kanalına danışan əlcək sahibi, rəqiblərdən çəkinmədiklərini və meydanda vahid kollektiv kimi mübarizə apardıqlarını bildirib. O, başqalarına uyğunlaşmaq əvəzinə öz oyun üslublarını sonadək diktə etməyin qələbələrin əsas açarı olduğunu vurğulayıb. Qeyd edək ki, tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanan komanda bu mərhələdə yenidən İngiltərə nəhəngi və ya Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşa bilər.