UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off raundunun cavab qarşılaşmalarından sonra "Nyukasl Yunayted", "Bodo-Qlimt", "Atletiko" və "Bayer" 1/8 finala vəsiqə qazanıb. Bununla da, ümumi mərhələdən birbaşa növbəti tura adlayan "Barselona", "Çelsi", "Liverpul", "Tottenhem", "Sportinq", "Mançester Siti", "Arsenal" və "Bavariya"ya daha dörd kollektiv qoşuldu.
Postxronika.az xəbər verir ki, qalan dörd vəsiqənin sahibi bu gün keçiriləcək "Atalanta" - "Borussiya", PSJ - "Monako", "Real" - "Benfika" və "Yuventus" - "Qalatasaray" cütlüklərinin duelindən sonra müəyyənləşəcək. Qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin püşkatma mərasimi isə fevralın 27-də təşkil olunacaq.