Türkiyənin Balıkesir şəhərində  Reaktiv Baza Komandanlığına məxsus F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Postxronika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin pilotu, mayor İbrahim Bolat şəhid olub.

​Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, gecə saat 00:56 radələrində təyyarə ilə rabitə kəsilib və dərhal başladılan axtarış-xilasetmə tədbirləri nəticəsində qırıcının qalıqları İzmir-İstanbul magistral yolunun yaxınlığında aşkar edilib. Faktla bağlı Balıkesir Cümhuriyyət Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırma başladılıb.