Rusiyada tanınmış politoloq Sergey Markov özünü könüllü şəkildə "xarici agent" kimi tanımadığı üçün 35 min rubl (təxminən 458 dollar) məbləğində cərimə olunub.

Postxronika.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi Markovun reyestrə daxil edilməzdən əvvəl bu barədə özünün məlumat verməli olduğunu iddia edib.

​Politoloq bu qərarla razılaşmayaraq məhkəməyə Rusiya Prezidenti Vladimir Putinin şəkli olan köynəklə gəlsə də, məhkəmə cərimə qərarını qüvvədə saxlayıb. Markov özü isə bu vəziyyəti absurd adlandırır.