Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna nümayəndə heyətinə müraciəti zamanı öz mənşəyi barədə diqqətçəkən bəyanat verib.
Postxronika.az xəbər verir ki, diplomat ukraynalı olduğunu və köklərinin Zaporojye kazaklarına dayandığını bildirib.
Nebenzya çıxışında bu sözləri qeyd edib:
"Əgər formal yanaşsaq, mən ukraynalıyam. Mənim elə qəribə soyadım var ki, onu hətta Ukraynanın özündə belə tapmaq çətindir. Bu, Zaporojye kazaklarından gələn soyaddır. Atam da, anam da əsl ukraynalıdırlar. Hətta sizdən də daha çox ukraynalıdırlar, xanım Betsa və cənab Melnik".