Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Fuat Oktay İran ətrafında yaranmış gərginliyin regional risklərindən danışıb.

Postxronika.az xəbər verir ki, o, İranda baş verə biləcək mümkün qeyri-sabitliyin Türkiyə və Azərbaycan üçün ciddi nəticələri olacağını vurğulayıb.

​Fuat Oktay qeyd edib ki, ​əgər İranda Suriyadakına bənzər bir xaos yaşanarsa, bunun bütün region və dünya üçün fəsadları fərqli olacaq. Lakin Azərbaycan və Türkiyə üçün bu təsir daha güclü hiss ediləcək. Məhz buna görə də Türkiyə və Azərbaycan İranla ABŞ arasındakı problemin danışıqlar yolu ilə həllini arzulayır. Türkiyə bu istiqamətdə səylər göstərir.