Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli jurnalistlərə açıqlamasında Azərbaycan yanacağının ölkə bazarındakı vəziyyəti barədə diqqətçəkən məlumatlar verib.
Postxronika.az xəbər verir ki, nazir Azərbaycan benzininin çox qısa müddətdə satılıb qurtardığını bildirib.
“Azərbaycan benzini Ermənistanda çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez satılır. Bu yanacaq bitdikdə isə Ermənistanda benzinin qiyməti dərhal qalxır”, - deyə Papoyan qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan Ermənistana daha 4 500 ton dizel yanacağı göndərib. Bu addımlar iki ölkə arasında iqtisadi-logistik əlaqələrin bərpası fonunda diqqət mərkəzindədir.