Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana rəsmi səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı "Mehr News" agentliyi yayıb.
Görüş zamanı tərəflər Ermənistan və İran arasında hərbi-siyasi əməkdaşlığın mövcud vəziyyətini, həmçinin regiondakı təhlükəsizlik məsələlərini müzakirə ediblər. Tərəflər regional sabitliyin qorunması və ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.