ABŞ Senatında respublikaçıların lideri Con Tyun İranın nüvə proqramı və mümkün hərbi münaqişə ehtimalı ilə bağlı kəskin bəyanatlar verib.

Postxronika.az xəbər verir ki, senator jurnalistin "İranla müharibə edəcəyikmi?" sualına birbaşa cavab verməsə də, rəsmi Vaşinqtonun qətiyyətini vurğulayıb.

​Con Tyun qeyd edib ki, hazırda əsas diqqət ABŞ-nin milli təhlükəsizlik maraqlarının qorunmasına yönəlib:

​"Prezident bizi həyati əhəmiyyətli maraqlarımızı müdafiə etməyə hazırlayır. Əgər İran danışıqlar masasına gələrsə, birbaşa hərbi münaqişəyə ehtiyac qalmayacaq. Lakin biz nüvə silahına malik İranı qəbul edə bilmərik".

​Bu açıqlama ABŞ-nin İranın nüvə ambisiyalarına qarşı həm diplomatik, həm də hərbi variantları masada saxladığının növbəti göstəricisi kimi qiymətləndirilir.