Çempionlar liqasının pley-off mərhələsinin cavab oyununda "Qalatasaray" Turində "Yuventus"un qonağı oldu.
Oyuna üstün başlayan "aslanlar" olsa da matçın 37-ci dəqiqəsində penaltidən fərqlənən Manuel Lokatelli komandasını hesabda önə keçirir.
2-ci hissənin başlamasından biraz sonra, 48-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılan Lyod Kelli komandasını azlıqda qoyur. Amma "Qoca Sinyora" oyundan qopmur və 70-ci dəqiqədə Federiko Qattinin zərbəsi ilə hesab 2-0 olur.
Oyunun 82-ci dəqiqəsində Kupmaynersin ötürməsini dəyərləndirən Uestin Makkin meydan sahiblərinin üçüncü qolunu vurur və beləliklə ümumi hesab bərabərləşir.
90 dəqiqə ərzində başqa qol olmadığına görə oyun əlavə vaxta gedir.
İlk 15 dəqiqənin sonlarında, 105-ci dəqiqədə Barış Alper Yılmazın ötürməsini Mattia Perinin ayaqları arasından keçirən Viktor Osimhen "sarı-qırmızılar" üçün növbəti mərhələnin qapısını aralayır. 119-cu dəqiqədə bu dəfə Vilfred Sinqonun ötürməsini Barış Alper Yılmaz "Yuventus"un qapısından keçirir.
İstanbul təmsilçisi ümumilikdə 7-5 hesabı ilə adını 1/8 mərhələsinə yazdırır.
Qeyd edək ki, "Qalatasaray" "Liverpul" və ya "Tottenhem" komandalarının biri ilə qarşılaşacaq.
Hüseyn Rəşadoğlu