İran və Amerika Birləşmiş Ştatları nüvə proqramının gələcəyi ilə bağlı Cenevrədə mühüm müzakirələrə başlayır. Tehran rəsmiləri dinc məqsədli texnologiyalardan imtina etməyəcəklərini vurğulasalar da, uranın zənginləşdirilməsi prosesini 5 faizə qədər məhdudlaşdırmağa razı ola biləcəklərinə dair siqnallar verirlər.
Postxronika.az xəbər verir ki, ABŞ-nin xüsusi nümayəndələri ilkin mərhələdə nisbətən yumşaq mövqe nümayiş etdirsələr də, Prezident Donald Trampın son sərt çıxışı vəziyyəti xeyli mürəkkəbləşdirib. Ağ Ev rəhbəri qarşı tərəfi terrorizmi dəstəkləməkdə və qadağan olunmuş hərbi ambisiyalarını bərpa etməyə cəhddə günahlandıraraq, asanlıqla güzəştə getməyəcəyini nümayiş etdirib. Tərəflər arasında ortaq məxrəc tapılmadığı və diplomatik səylər nəticəsiz qaldığı təqdirdə, mövcud böhranın bütün Yaxın Şərqi əhatə edəcək dağıdıcı münaqişəyə çevrilmə ehtimalı olduqca yüksəkdir.