Cənubi koreyalı rejissor 79-cu ''Cannes International Film Festival'' çərçivəsində beynəlxalq münsiflər heyətinin prezidenti seçilib. O, builki “Qızıl Palma budağı”nın qalibini müəyyən edəcək heyətə rəhbərlik edəcək ilk koreyalı sədr kimi tarixə düşəcək. Festival 12–23 may tarixlərində keçiriləcək. Rejissor daha əvvəl ''Oldboy'' ilə ''Cannes'' səhnəsində böyük uğur qazanaraq ''Qran-pri'' mükafatına layiq görülmüşdü. Onun ''The Handmaiden'' və ''Decision to Leave'' kimi filmləri də festivalda müxtəlif mükafatlarla təltif olunub. Festival rəhbərliyi onun vizual üslubunu və müasir kinoya təsirini yüksək qiymətləndirərək seçimi böyük məmnuniyyətlə etdiklərini bildirib0
Postxronika.az xəbər verir ki, rejissorun sədr seçilməsi festivalın Koreya kinosuna uzunmüddətli marağının və bu ölkə sinemasının beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilir. O, ''Cannes'' ilə yaradıcı bağlılığının güclü olduğunu və festivalın dəfələrlə onun filmlərinə ev sahibliyi etdiyini vurğulayıb. Rejissor açıqlamasında kinoteatr məkanını insanları bir araya gətirən və onları ortaq hisslər ətrafında birləşdirən xüsusi mühit kimi dəyərləndirib. Onun sözlərinə görə, filmlərə birlikdə baxmaq və onları müzakirə etmək müasir dünyada həmrəyliyin sadə, lakin güclü ifadəsidir. Festivalın builki proqramının tam siyahısının aprel ayının ortalarında açıqlanacağı gözlənilir. Yeni seçimin dünya kinosunun diqqətini yenidən Kann səhnəsinə yönəldəcəyi bildirilir.