Yeni animasiya filmində Mr. və Mrs. Potato Head obrazları əvvəlki səs aktyorlarının vəfatına baxmayaraq yenidən ekrana qayıdacaq. ''Pixar'' istehsalı olan ekran işinin rejissoru Endru Stenton bildirib ki, personajlar üçün yeni səslər xüsusi seçim prosesi ilə müəyyən edilib. Mr. Potato Head obrazını artıq Ceff Berqman , həyat yoldaşını isə Anna Vocino səsləndirəcək. Bu addım illərlə personajlara səs verən Don Rickles və Estelle Harrisin vəfatından sonra atılıb. Rejissor yeni aktyorların orijinal səslərə çox yaxın performans göstərdiyini vurğulayıb. Film ənənəvi qəhrəmanların yeni texnoloji rəqiblərlə qarşılaşması üzərində qurulub.
Postxronika.az xəbər verir ki, ekran işi 19 iyunda kinoteatrlarda nümayişə çıxacaq. Layihədə əsas rolları yenə Tom Henks və Tim Allen səsləndirir, yeni personajlardan birinə isə Qreta Lii həyat verib. Bildirilir ki, əvvəlki filmdə personaj qısa epizodda arxiv səs yazıları ilə təqdim olunmuşdu, lakin yeni hissə üçün tam səsləndirmə tələb olunub. Rejissor eyni zamanda əvvəlki layihələri ilə bağlı qərarlarını dəyişmək istəmədiyini də qeyd edib.