"Barselona" klubunun niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq komandanın sonuncu məşq prosesi zamanı xəsarət alıb. İlkin ehtimallara görə, istedadlı oyunçunun əzələsində yırtıq yaranıb və bu səbəbdən onun yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Postxronika.az İspaniyanın "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, zədənin ciddiliyi təsdiqlənərsə, xavbek təxminən 3-4 həftə komandasına kömək edə bilməyəcək. Kataloniya təmsilçisi yekun tibbi müayinələrin nəticələrini gözlədiyindən, futbolçunun sağlamlıq durumu ilə bağlı hələlik heç bir rəsmi açıqlama yaymayıb.