İnyeksiyasız və gündəlik qəbul edilən yeni "Orforglipron" həbi, diabetin müalicəsi, eləcə də artıq çəkidən azad olmaq sahəsində inqilabi vasitəyə çevrilə bilər. "Eli Lilly" şirkətinin istehsal etdiyi bu dərman qan şəkərini aşağı salmaqla yanaşı iştahanı boğur və mövcud analoqlarından fərqli olaraq acqarına içilməyi tələb etmir.

Postxronika.az xəbər verir ki, tibbi sınaqların nəticələrinə əsasən, pasiyentlər yeni preparatın köməyi ilə bədən çəkilərinin təxminən 6-8 faizini itiriblər ki, bu da ənənəvi vasitələrlə müqayisədə daha yüksək göstəricidir. Hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyən məhsulun istifadəsi rahat olsa da, bəzi xəstələrdə mədə-bağırsaq problemləri kimi yan təsirlər yaradıb. Mütəxəssislərin fikrincə, kütləvi satışa çıxarıldığı zaman sui-istifadə hallarına yol verməmək məqsədilə tibbi vasitənin dövriyyəsinə ciddi nəzarət olunmalıdır.