Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Qərbin siyasətini və Kiyevin hərəkətlərini sərt tənqid edib. O vurğulayıb ki, Britaniya qoşunlarının münaqişə zonasına yerləşdirilməsi vəziyyətin nizamlanmasına deyil, irimiqyaslı hərbi toqquşma riskinin yaranmasına xidmət edəcək.

Postxronika.az xəbər verir ki, diplomat Ukraynanın "Drujba" neft kəməri vasitəsilə tranziti dayandırmasının bütövlükdə qitənin enerji təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirib. Eyni zamanda, Avropa İttifaqının Rusiyanın Brüsseldəki diplomatik missiyasını ixtisar etmək qərarı qanunsuzluq kimi qiymətləndirilərək, rəsmi Moskvanın buna adekvat cavab verəcəyi diqqətə çatdırılıb. Yekunda sözçü Cenevrədə Rusiya ilə ABŞ arasında strateji sabitlik barədə gizli danışıqların aparılmasına dair yayılan xəbərləri qəti şəkildə təkzib edib.