Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan 30 illik birgə həyatlarına son qoyublar.
Postxronika.az xəbər verir ki, Anna Akopyan sosial şəbəkələrdə yayılan vətəndaş nikahının bitməsi barədə məlumatları təsdiqləyərək, bundan sonra kirayə mənzildə yaşayacağını və "Mənim addımım" fondundakı fəaliyyətini davam etdirmək istədiyini bildirib. O, şəxsi hesabında 5 milyon dram (təxminən 13,3 min dollar) vəsait qaldığını və hazırda tikilməkdə olan mənzilinin tamamlanmasını gözlədiyini qeyd edib.
Nikol Paşinyan isə öz feysbuk səhifəsində etdiyi paylaşımda həyat yoldaşının qərarına hörmətlə yanaşdığını vurğulayıb. Baş nazir son 30 ildə Annanın onun üçün sadiq bir dayaq və dəstək olduğunu qeyd edərək, bəlkə də ona daha çox acı yaşatdığı üçün səmimi şəkildə üzr istəyib.