Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif İslamabadın Əfqanıstandakı mövcud hakimiyyətə qarşı açıq və qanlı mücadiləyə başladığını bəyan edib.
Postxronika.az xəbər verir ki, rəsmi şəxs Taliban rəhbərliyini ölkəni Hindistanın müstəmləkəsinə çevirməkdə, eləcə də terrorizmi xaricə ixrac etməkdə günahlandırıb. Eyni zamanda, Pakistanın informasiya naziri Attaullah Tarar sərhəd toqquşmalarında 133 əfqan döyüşçüsünün həlak olduğunu, 200-dən çoxunun isə yaralandığını bildirib. Nazir həmçinin 27 hərbi postun darmadağın edildiyini, doqquzunun ələ keçirildiyini və 80-dən çox zirehli texnikanın zərər gördüyünü vurğulayıb. Əfqanıstan tərəfi isə səsləndirilən bu ağır itki iddialarını qəti şəkildə təkzib edir. Rəsmi Kabil baş verən şiddətli döyüşlər zamanı 55 Pakistan əsgərinin öldürüldüyünü açıqlayıb.